Bu gün Kosovo parlamentində Çernoqoriya ilə dövlət sərhədinə dair sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qazdan istifadə ediblər.
Yenicag.az xəbər verir ki, müxalif deputatlar bununla 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmağa çalışıblar. İnsident nəticəsində deputatlar iclas zalını tərk etmək məcburiyyətində qalıblar.