Avstraliyalı millət vəkili homoseksual evliliklər barədə çıxışı zamanı maraqlı addım atıb.
Yenicag.az xəbər verir ki, 37 yaşlı Tim Vilson həmin gün Parlamentdə izləyici kimi əyləşən həmcinsi olan sevgilisi, ibtidai sinif müəllimi Ryan Bolgerə evlilik təklif edib.
Həmin səhnəni digər millət vəkilləri coşqu ilə alqışlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Avstraliyada homoseksual evliliklərlə bağlı referendum keçirilib. Əhalinin 61.6 faizi referendumda “hə” deyib. Avstraliyanın baş naziri Malkolm Ternbull referendumun ardından açıqlama verərək “İndi növbə bizdədir. Vətəndaşlarımızın bizdən istədiyini bayramdan öncə gerçəkləşdirməliyik” deyib.