Gürcüstan parlamentinin plenar sessiyasında insident baş verib.
Yenicag.az xəbər verir ki, iclas davam edərkən zalda olan fəal “Rusiya qanununa yox” pankartı açıb və olduğu balkondan hakim partiyanın deputatların üstünə rus rublu atıb. Parlament sədri Şalva Papuaşvili vətəndaşı zalı tərk etməyə çağırıb.
Zalda yaranmış səs-küy səbəbilə təhsilin keyfiyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi dayandırılıb. Müxalifət və iqtidar deputatları arasında mübahisə baş verib. İnsident səbəbilə parlamentin işində yarım saatlıq fasilə elan edilib.