!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Parlamentdəki boş yerlər və mövcud SİYASİ ƏTALƏT: “Hakimiyyəti narahat edən məqamlardan biri...” - ŞƏRH

Reklam: Sinerji Pro

“Seçkilərin təşkili həm də müşahidə olunan ətalətin aradan qalxmasına da təkan verə bilər”.

Bu fikirləri Milli Məclisdə boş qalan yerlərə seçkilərin keçirilməsinin ölkədə müşahidə olunan siyasi ətaləti aradan qaldırmaq ehtimalını dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün hallarda parlamentdəki boş yerlərə seçkilərin keçirilməsi zəruridir:

“Ümumiyyətlə, hesab edirəm ki, parlamentdəki boş yerlərə seçkilərin keçirilməməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Çünki altı ay müddətində boş yerlərə seçkilər keçirilməlidir. Bildiyiniz kimi, yeni parlamentin formalaşmasından təqribən iki il müddət keçib və hazırda altı yer boşdur.

Hər halda, hakimiyyət hansısa səbəblərdən boş yerlərə seçki keçirilməsini ləngidir. Digər tərəfdən, seçkilərin keçirilməsi cəmiyyətdə, heç olmasa, konkret seçki dairələrində bu və ya digər formada fəallaşmaya səbəb olur. Bu da istər-istəməz siyasi aktivliyin artmasına gətirib çıxarır. Görünür, hakimiyyəti narahat edən məqamlardan biri də budur.

Ancaq bütün hallarda boş yerlərə seçkilərin keçirilməsi zəruridir. Bu, ən azı qanunvericiliyin tələbidir. Bəli, seçkilərin təşkili həm də müşahidə olunan ətalətin aradan qalxmasına da təkan verə bilər”.

A.Zeynalov

www.yenicag.az

534
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100