Kosovoda parlamentə yenə qaz bombası atılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kosova Respublikası Milli məclisində aylardır davam edən iqtidar-müxalifət krizi 2016-cı il büdcə layihəsinin müzakirəsi zamanı yenidən yaşanıb.
Belə ki, iclasın əvvəlində müxalif Özün Qərar Al Hərəkatının məclis qrup rəhbər vəkili Qlauj Konjufca salona qaz bombası atıb.
Salon tüstüyə qərq olarkən parlament sədri Kadri Veseli iclasa ara verərək hərkəsi bayıra çıxmağa dəvət edib.
Sədrin təklifinə qulaq asmayan müxalifətdən olan deputatlar maska taxmadan etirazlarına davam ediblər.
Kosovo polisi salona daxil olub və hər kəsə çölə çıxması barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bundan öncə qaz bombası istifadə edən iki deputat ev həbsi ilə cəzalandırılmışdı.
https://youtu.be/Bc76oqvTuvg