Miilli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilib.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, komissiyanın tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Malik Həsənov, Sevinc Hüseynova, Fəzail İbrahimli, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Pərvin Kərimzadə, Hikmət Məmmədov, Səttar Möhbalıyev və Fazil Mustafa daxil edilir.
Bundən əvvəl isə komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil idi.
Təklif səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.
Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.
Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.