Parlamentin Mədəniyyət komitəsi Tənzilə Rüstəmxanlıya TƏBRİK ÜNVANLADI – FOTO

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitə üzvləri tanınmış ictimai xadim, Azərbaycan mədəniyyətinin və Qarabağ həqiqətlərinin xaricdə təbliğində uğurlu fəaliyyət göstərən, o cümlədən Azərbaycan diasporunun inkişafına tövhələr vermiş Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin  sədri xanım Tənzilə Rüstəmxanlıya yubileyi münasibəti ilə bağlı  təbrik ünvanlayıb.