Parlamentlərarası əlaqələr üzrə işçi qrupların bəzilərinin rəhbərləri məlum olub

Parlamentin sabah – aprelin 24-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq.

Yenicag.az xəbər verir ki, iclasda 81 işçi qrupuna rəhbərlər seçiləcək.

Belə ki, Azərbaycan – Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər vəzifəsinə Nurlan Həsənovun, Azərbaycan – Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Səməd Seyidovun, Azərbaycan – Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Tahir Mirkişilinin, Azərbaycan – Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Eldar İbrahimovun, Azərbaycan – Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyad Səmədzadənin, Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Cavanşir Paşazadənin namizədliyi irəli sürülüb. Digər namizədlərin adları yaxın müddətdə açıqlanacaq./Report/