!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirildi

!Reklam – Yazi

İyunun 8-də Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə onlayn görüşü keçirilib.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu rəhbəri Riina Solman bildirib ki, Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdırlar.

Görüşdə parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv