!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədri Prezidentə müraciət etdi – Görüşmək istəyir

!Reklam – Yazi

hafiz-yeni1Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Mia.az-a açıqlama verən partiya sədri deyib kim, müraciətin məqsədi son dövrlər ölkədə yaran vəziyyətlə bağlı ölkə başçısına məlumat verməkdir: «Son dövrlər ölkədə yaranan vəziyyət hər kəsə bəllidir. Çox ağır vəziyyət yaranıb. Ən pisi odur ki, bəzi məmurlar bu vəziyyətdən istifadə edib, ölkədə qarışıqlıq salmaq, narazılığı böyütməyə çalışırlar. Mən mətbuatda dəfələrlə bu barədə çıxışlar etmişəm və konkret ünvanlar göstərmişəm. Amma elə məsələlər var ki, onu ictimailəşdirmək olmur. Ona görə də əziz qardaşım, hörmətli Prezidentimizə müraciət etdim ki, onunla görüşüm, real vəziyyəti diqqətinə çatdırım. Görünən odur ki, Prezidentə düzgün məlumat vermirlər. Bu vəziyyət də həm Prezidentə, həm də ümumilikdə ölkənin ziyanınadır».

Partiya sədri onu da qeyd edib ki, artıq müraciət məktubunu Prezidentə göndərib. Onun sözlərinə görə, tezliklə ölkə başçısı ilə görüşərək narazılıq yaratmaq istəyən məmurlarla bağlı detallı məlumat verəcək: «Ümid edirəm ki, əziz qardaşım məni qəbul edəcək. Yəqin ki, bu görüşdən sonra yerində olmayan məmurlar vəzifələri ilə vidalaşacaqlar».

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv