Partiya sədri prezidentliyə namizədliyini geri götürdü

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev prezidentliyə namizədliyini geri götürüb.

Bu barədə Yenicag.az-a partiyanın mətbuat xidmətindən bildirilib.

Məlumatda görə, qərar partiyanın Rəyasət Heyətinin iclasında qəbul olunub. Qərara əsasən, ALDP növbədənkənar prezident seçkilərində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək.

Qeyd edək ki, ALDP sədri Fuad Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənmişdi.

COP29