!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən TƏKLİF: "Parlamentə yeni seçkilər keçirilməlidir"

!Reklam – Yazi

“Parlamentin indiki tərkibi xalq tərəfindən ciddi qəbul olunmur.”

Bunu iqtidar-müxalifət dialoqunun hazırkı vəziyyətini dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, iqtidar-müxalifət dialoqu hazırda da davam edir, sadəcə sürət məsələsi mübahisə doğura bilər:

“İqtidar-müxalifət dialoqu prosesi başlanılıb. Kifayət qədər də partiyalarla əməkdaşlıq var və çoxpartiyalı sistemə keçidlə bağlı əvvəlki illərə baxdıqda kifayət qədər irəliləyiş var. Zaman-zaman onlayn görüşlər də baş tuturdu. İndi də proses davam edir. Hazırda prosesin sürəti, forması və istiqaməti kimisə qane edə bilər, kimisə yox. Əsas odur ki, bu siyasi iradə hələ də var. Düşünürəm ki, prosesləri daha sürətli aparmaq olardı.

Nəzəri baxımdan çoxpartiyalı sistemdəyik, ancaq bunu reallaşdırmaq lazımdır. Bunun istiqamətində də addımlar atmaq olar. Ünsiyyət var. Əvvəlki kimi iqtidarla müxalifət arasında qopuqluq yoxdur.

Düşünürəm ki, növbəti mərhələ olaraq real çoxpartiyalı sistem parlamentdə öz əksini tapmalıdır. Bu məsələ üçün parlament ən uyğun platformadır. Parlamentə yeni seçkilər keçirilməlidir. Nəzərə alsaq ki, parlementin bu tərkibi effektsizdir. Parlamentə yeni seçkilər keçirib, gerçək səhnənin aktyorlarına real şərait yaratmaq lazımdır. Bu istiqamətdə hələlik hərəkətlilik yoxdur. Hətta 6 boş yer var. Ora belə seçkilər keçirilmir”.

Səxavət Məmməd

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv