Partiya sədrinə ağır itki üz verdi

Azərbaycanda partiya sədrinə ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Qeyrət Partiyasının sədri Şakir Abbasovun anası Fizzə Abbasova dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Abbasov Füzuli rayonunun sabiq icra başçısı və Qarabağ Azadlıq Təşkilatının qurucularındandır.

Allah rəhmət eləsin!