AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli polis tərəfindən saxlanılıb.
Yenicag.az-a bu barədə partiya başqanı Tural Abbaslı məlumat verib.
Tural Abbaslının sözlərinə görə, “Əhmədli” metrostansiyasının qarşısında iki polis Əhəd Məmmədliyə yaxınlaşaraq onu bölməyə dəvət ediblər.
Qeyd edək ki, Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək tələbindən sonra müsavatçılar polis tərəfindən axtarılır. Marqlıdır ki, Müsavat Partiyasından çıxan şəxslər də bu axtarışdan öz nəsibini alırlar.
Səxavət Məmməd