!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyalar bundan sonra daha çox kağız-kuğuz işi ilə məşğul olacaqlar” – REAKSİYA

!Reklam – Yazi

“Bilənlərə məlumdur ki, oturub reyestr tərtib eləmək asan məsələ deyil”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin son redaktəsini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, hökumətin bu layihədə əlavə güzəştlərə gedəcəyi gözlənilmir:

“Mənə belə gəlir ki, layihədəki tələblərin yumşaldılması son həddir. Əvvəl də demişdim ki, partiya üzvlərinin sayı və təsisçiliklə bağlı müddəaların dəyişdirilməsi realdır. Ümumiyyətlə partiya təsis etmək üçün vətəndaşın iyirmi il ölkədə yaşaması tələbi Konstitusiyaya zidd olduğu üçün çıxarılmalı idi.

Partiya üzvlərinin say həddinin azaldılması da pozitiv addım kimi qiymətləndirilə bilər. Amma Azərbaycan kimi ölkədə partiyaların qarşısında beş min üzv tələbinin qoyulması, üzvlərinin sayı bu rəqəmdən az olan partiyalar üçün yenidən qeydiyyatdan keçmək şərtinin müəyyənləşdirilməsi yolverilməz olmalıdır.

Digər tərəfdən, partiyaların öz üzvlərinin reyestrini hər il yeniləmələri tələbini də düzgün qiymətləndirmirəm. Bu o deməkdir ki, partiyalar siyasi fəaliyyətdən daha çox kağız-kuğuz işi ilə məşğul olmaq məcburiyyətində qalacaqlar. Bilənlərə məlumdur ki, oturub reyestr tərtib eləmək asan məsələ deyil. Bu amil siyasi fəaliyyəti bir qədər zəiflədəcək.

Hökumətin bu layihədə əlavə güzəştlərə gedəcəyini gözləmirəm. Hakimiyyət bunu artıq son güzəşt variantı kimi təqdim edib”.

A.Zeynalov

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv