!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiyalar üçün 3 faizlik BARYER: “Kifayət qədər ağır olan bu şərt ya aradan qaldırılmalı, ya da...” – AKTUAL

!Reklam – Yazi

“Mövcud şərtlər yalnız parlament seçkilərində iştirak edərək ən azı üç faiz səs toplayan partiyaların dövlətdən maliyyələşməsinə imkan verir”.

Bu fikirləri siyasi partiyalar haqqında qanunun yenilənməsi ilə bağlı artıq bir müddətdir davam edən müzakirələri dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yenilənəcək qanuna siyasi partiyaların dövlətdən maliyyələşməsinin vacibliyinə dair müddəanın daxil edilməsi zəruridir:

“Bir müddət əvvəl siyasi partiyalar haqqında qanunun yenilənməsi ilə bağlı öz təkliflərimizi hazırlayıb göndərməyimiz üçün bizə də müraciət olundu.

Bizim hazırlayıb təqdim etdiyimiz əsas təkliflərimiz siyasi partiyalarla dövlət arasında münasibətlərin tənzimlənməsinə həsr olunmuşdu.

Yəni təkliflərimizin birində dövlətin siyasi partiyaların fəaliyyətinə qarışmasının yolverilməzliyi öz əksini tapıb.

Eyni zamanda, yenilənəcək qanuna siyasi partiyaların dövlətdən maliyyələşməsinin vacibliyinə dair müddəanın daxil edilməsinin vacibliyini düşünürük.

Bildiyiniz kimi, mövcud şərtlər yalnız parlament seçkilərində iştirak edərək ən azı üç faiz səs toplayan partiyaların dövlətdən maliyyələşməsinə imkan verir.

Hesab edirik ki, bu partiyalar üçün kifayət qədər ağır şərtdir və ona görə də o üç faizlik baryer ya aradan qaldırılmalı, ya da, heç olmasa, bir faizə endirilməlidir. Bununla da partiyaların dövlətdən maliyyələşməsi təmin edilməlidir.

Həmçinin təqdim etdiyimiz təkliflərdə siyasi partiyaların strukturu, nəzarət orqanlarının formalaşdırılması və digər məsələlərin nizamlanması kimi məqamlar yer alıb.

Ancaq siyasi partiyalar haqqında qanundan fərqli olaraq, seçki qanunvericiliyinə dair təkliflərimizin göndərilməsi üçün bizə müraciət olunmayıb. Bildiyim qədər, bu barədə hələ ki heç bir müzakirə yoxdur”.

A.Zeynalov

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv