!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Partiyamızın qeydiyyata alınması bizim üçün müəyyən qədər gözlənilməz oldu” – Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Şəxsi fikrimə görə, hakimiyyət tərəfindən bu addımın atılması az da olsa, mötədilləşməyə bir işarə kimi dəyərləndirilə bilər”.

Bu fikirləri keçmiş səhiyyə naziri Əli İnsanovun lideri olduğu Haqq-Ədalət Partiyasının (HƏP) ötən gün Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması haqda danışan HƏP Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, HƏP qeydiyyat məsələsinin həlli üçün hüquq müstəvisində ardıcıl fəaliyyət göstərib:

“Biz partiyanın dövlət qeydiyyatına alınması üçün hüquq müstəvisində mübarizə aparmışıq. Partiyamızın bütün rayonlarda təşkilatları və özəkləri var, bundan sonra demokratikləşmə istiqamətində mübarizəmizi davam etdirəcəyik. Məqsədlərimizi həyata keçirə biləcəyimizə inanırıq.

Açığı, partiyamızın qeydiyyata alınması bizim üçün müəyyən qədər gözlənilməz oldu. Eyni zamanda, özümüz də gördük, kənardan da göründü ki, pandemiya və başqa məsələlər partiyamızın təşkilatlanmasına təsir edə bilmədi. Digər tərəfdən, qeydiyyat məsələsinin həlli üçün hüquq müstəvisində ardıcıl fəaliyyət göstərdik.

O cümlədən, ədliyyə nazirinə müraciət edərək, bu məsələyə aydınlıq gətirilməsini istədik. Apellyasiya məhkəməsinə müraciət olundu, Avropa İnsan Haqları Məhkəməsinə qədər gediləcəyini diqqətə çatdırdıq. Məncə, bu addımlarımız da qeydiyyata alınmağımıza təsirsiz ötüşmədi.

Hər halda, şəxsi fikrimə görə, hakimiyyət tərəfindən bu addımın atılması az da olsa, mötədilləşməyə bir işarə kimi dəyərləndirilə bilər. Lakin bu addımlar ardıcıl olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv