Partiyası məğlub olan baş nazir istefa verdi

Belçikada keçirilən ümumi seçkilərdə hazırkı hökumət məğlub olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Alexander De Croo partiyanın məğlubiyyətini qəbul edərək istefa verib.

Ölkənin federal məclisi və regional parlamentlər üçün səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.

Ümumi seçkilərin nəticələrinə görə, ölkədə solçu partiyaların səs payı azalıb, Flamandda sağ və ifrat sağ partiyalar birinci olub. Baş nazir De Croonun partiyasının federal hökumətdə və ya Flaman sektorunda qurulacaq hökumətlərdə iştirak etməsi gözlənilmir./unikal

COP29