Partiyə çılpaq getmək Kirkorova baha başa gəldi

Xəbər verdiyimiz kimi, aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partiyə qatılanlar arasında Rusiyanın Xalq artisti Filipp Kirkorov da olub.

Yenicag.az xəbər verir ki, bir çox şouda iştirakı qadağan edilən müğənninin adı bu dəfə “Taleyin özünə ironiyası” filminin aktyorları siyahısından çıxarılıb. Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Belə ki, o, filmdə “İppolit Bedrosoviç” rolunu canlandırıb.

Qeyd edək ki, bundan əvvəl Kirkorov dekabrın 31-də premyerası olacaq “İvan Vasilyeviç hər şeyi dəyişir” komediyasının posterindən çıxarılıb. Reklam afişasında Leonid Qaydayın filminin remeykində “İmperator I Pyotr” rolunu oynayan sənətçinin əvəzinə hökmdar obrazında şoumen Pavel Volya yer alıb.

Həmçinin, Kirkorov üzr istəməsinə baxmayaraq Yeni il şoularından da uzaqlaşdırıb./axsam.az

COP29