Partlayıcı maddələr zavodunda partlayış – Ölənlər var

Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki “Promsintez” zavodunda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində 6 nəfərin öldüyü deyilir.İki nəfər isə yaralanıb.

Hadisə texniki boru xəttinin sökülməsi zamanı baş verib.

Qeyd edək ki, “Promsintez” zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur.