Partlayış baş verən əraziyə gəmi göndərildi

Xəzər dənizində hadisənin baş verdiyi əraziyə gəmi göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, hadisə yerində araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət gəmi göndərilib: “Əlavə məlumat olan kimi ictimaiyyət məlumatlandırılacaq”.