Partlayış nəticəsində ölənlərin sayı AÇIQLANDI – CANLI YAYIM

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.

Yenicag.az-ın “Haber Global”-a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində həlak olan işçilərin sayı 28-ə çatıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib.

Qeyd edək ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub.