Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində R. Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Rəsul Rəsulov yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyib.
Rəsul Rəsulovla yanaşı “Merser food” MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov saxlanılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.