!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partlayışda 7 ölü, 8 yaralı

!Reklam – Yazi

20001cf3b89c4a9846a0411ea0aa2393Qazaxıstan Respublikasının Alma Ata vilayətinin Taldıkorqan şəhərində qaz balonunun partlaması nəticəsində 7 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Partlayış noyabrın 30-na keçən gecə ikimərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində ikinci mərtəbənin dəmir-beton örtüyü uçub, 15 nəfər dağıntılar altında qalıb.

Xilasedicilər dağıntılar altından 7 nəfərin meyitini çıxarıblar. 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Digər mənzillərin sakinləri təhlükəsiz yerlərə evakuasiya olunublar.

Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, xilasedicilər, yerli hakimiyyət nümayəndələri cəlb olunub.

İlkin versiyaya görə, partlayışa qaz cihazları ilə ehtiyatsız davranma səbəb olub.

(lent.az)

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv