Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

partlayis_sebHökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfüq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə AzNews.az-a Ankara Nümunə Xəstəxanasından bildirilib.

Məlumata görə, Şəbruz Novruzova hazırda reanimasiyadadır: “Müalicə və müayinə davam etdirilir. Amma onun səhhəti ilə bağlı geniş məlumat vermək qadağan olunub”.

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ailənin digər 3 üzvü ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Hadisədən bir gün sonra yaralılar Türkiyəyə aparılsa da Müşfiq Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.