Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanlarla bağlı yeni məlumat yayılıb.
Müdafiə Sənayesi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır.
Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.