İsrailin Livandakı quru əməliyyatı davam edir. Livanın dörddə birindən çoxunun boşaldılmasını tələb edən İsrail ordusu “Hizbullah”ın silah anbarlarını və tunellərini hədəfə alır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri Livan-İsrail sərhədində yerləşən Mahbib kəndində “Hizbullah”a aid olduğunu bildirdikləri tunellər tapdıqlarını iddia ediblər. Bu bəyanatdan dərhal sonra İsrail əsgərləri bütün kəndə bomba yağdırıblar.
Bombaları yerləşdirdikdən sonra kənddən uzaqlaşan İsrail əsgərləri bütün kəndi uzaqdan partladıb və partlayışı lentə alıblar. Livan mediasının məlumatına görə, Mahbib kəndində mühüm tarixi ziyarətgah olub. Qeyd edək ki, Yaqub peyğəmbərin oğlu Bünyaminin məzarı bu kənddə yerləşirdi.
Partlayış PUA-larla da qeydə alınıb. Partlayış nəticəsində bütün kəndin toz buludlarına büründüyü görünür. Peyk görüntüləmə şirkəti “Planet Labs” kəndin partlayışdan əvvəl və sonrakı görüntülərini dərc edib. Görüntülərdən görünür ki, kənddən heç nə qalmayıb.
İsmayıl Bakuvi