“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” namizədləri vergi üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Yenicag.Az-ın məlumatına görə, maliyyə istiqamətində ali təhsilli, Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 6-dır.

Vəzifə və Öhdəliklər:

• Şirkətin vergi risklərinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi;
• Şirkətin vergi uçotunun aparılması;
• Vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
• Vergi və digər dövlət orqanlarına hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
• Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularını cavablandırmaq;
• Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikllər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı
• Audit (Big four) şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Yenicag.Az