Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər.
Yenicag.az Report-a istinadən xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib.
“Elman Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib”, – agentliyin hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması davam edir.