Paşinyan: “7 rayonun qaytarılma sənədi müzakirədədir”

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ məsələsi ilə bağlı onlara saxladığı mirasdan danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Аysor” saytında dərc edilib. Paşinyan ictimaiyyətə açıqlamasında qeyd edib ki, yeddi rayon – Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə bağlı sənəd artıq hazır idi.

“Sənəddə Ermənistanla Qarabağ arasında dəhliz saxlanılacağı da qeyd olunmuşdur. İndi də bu sənəd danışıqlar masasındadır. Bizə bu Sərkisyandan miras qalıb. Biz nə edə bilərik?” – deyə Ermənistanın Baş naziri vurğulayıb. (axar.az)

COP29