Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi gözdən keçirilib.
Tərəflər, həmçinin, ATƏT-lə əməkdaşlıq məsələlərini müzakirə edib, o cümlədən, Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparıb.