Paşinyan Avropa Parlamentində çıxış edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edəcək.

Yenicag.az xəbər verir ki, bunu Qranadada keçirilən Aİ-nin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında AP rəhbəri Roberta Metsola deyib.

“Mən baş nazir Paşinyanı plenar iclasda çıxış etməyə dəvət etdim. O, oktyabrın 18-də, 10 gün sonra çıxış edəcək”.