“Paşinyanın Avropa Parlamentindəki çıxışı sırf öz kreslosunu müdafiə etməyə həsr olunub”.
Yenicag.az erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 18-də jurnalistlərlə söhbətində erməni deputat Artsvik Minasyan deyib.
Deputatın sözlərinə görə, hakimiyyət mövqeyini itirməmək üçün hər cür səy göstərir:
“Nikol bütün sərhədləri keçməyə və kreslosunun heç bir şəkildə təhlükəyə düşməməsi üçün istənilən üsullardan istifadə etməyə hazırdır.”
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı ilə bağlı Minasyan bildirib ki, onun çıxışının 10 dəqiqəsi müstəsna olaraq öz kreslosunun müdafiəsinə həsr olunub.
“Dünən biz bu kürsüdən hər hansı birimizin düşüncəsinə, baxışına açıqca xor baxan bir adamın sözlərini eşitdik. O, əlində çəkiclə 2021-ci il seçkilərindən danışır, qorxunc söz ehtiyatı ilə insanları qorxudurdu. Bu adam demokratiyadan danışdı və bu yalançı ayaq üstə alqışlandı”, – deputat bildirib.
Xuraman Etibarlı