Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara gedib.
Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, həmin ərazidə aparılan infrastruktur layihələrinə baxış keçirib. Paşinyan İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.
Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib. Paşinyan sakinlərlə söhbətində sülhə və Azərbaycanla sərhədlərin delimitasiya prosesinə sadiq olduqlarını və yerli insanlar tərəfindən buna dəstək hiss etdiklərini deyib.