Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib

Yenicag.az xəbər verir ki, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.

Baş nazir “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – deyə qeyd edib.