Paşinyan Bakı ilə imzalanmış Əsasnaməni niyə müzakirə etmədiyini AÇIQLADI

Ermənistan hökuməti “Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası və Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Əsasnamənin təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib. 

Yenicag.az xəbər verir ki, bu barədə hökumətin iclası zamanı baş nazir Nikol Paşinyan açıqlama verib.

“Biz məsələnin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Ali Məhkəməyə göndərdiyimiz üçün güman edirəm ki, Ali Məhkəmənin müsbət qərarını aldığımız halda, məsələ ratifikasiya üçün mütləq Parlamentə gedəcək və bəlkə orada daha ətraflı müzakirələr aparılacaq.

Biz bu məsələnin Ali Məhkəməyə göndərilməzdən əvvəl Hökumətin iclasında geniş müzakirə olunmasını məqsədəuyğun hesab etmədik ki, bu, indiki halda düzgün yanaşmadır. Ali Məhkəmənin müsbət mövqeyi olduğu halda Parlamentdə daha ətraflı siyasi və məzmunlu müzakirələr aparılacaq. Mənfi mövqe olsa, bu, tamam başqa söhbətdir.

Bu gün müzakirəyə ehtiyac yox idi, amma digər tərəfdən qeyd etmək istəyirdim ki, qərar verilib, indi Ali Məhkəmənin qərarını gözləyəcəyik”, – Paşinyan qeyd edib. /unikal

COP29