!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan başa düşür ki, indiki vəziyyətdə ən optimal variant..." - Politoloq

!Reklam – Yazi

“Müharibədən əvvəl Ermənistan Azərbaycanla məsələni başqa şərtlərlə həll edə bilərdi. Ancaq indi bu, mümkün deyil. Günü-gündən də şərtlər ağırlaşır, erməni tərəfinin ziyanına dəyişir”.

Bu fikirləri Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən döyüş toqquşmasından sonra Ermənistanda baş verən etirazlar və proseslərin gedişi haqqında danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.Yusif Bağırzadə bildirib ki, sərhəddə baş verənlərdən sonra Ermənistanda olan hadisələr gölənilən idi:

“Ermənistanda həm siyasətdə, həm də hərbidə revanşist qüvvələr var. Faktiki olaraq Ermənistan Silahlı Qüvvələri Sarkisyan, Köçəryan vaxtında formalaşmış ordudur. Orduda revanşist qüvvələr çoxdur.

10 noyabr bəyanatından sonra Azərbaycan dəfələrlə erməni tərəfinə təklif etdi ki, məsələni sülh yolu ilə həll edək. Sərhədlərin müəyyənləşməsi, kommunikasiya xətlərinin açılması masada idi. Bundan əlavə, prezident İlham Əliyev tərəfindən 5 prinsip irəli sürülmüşdü. Həmin prinsiplər həm də Ermənistana düşdüyü vəziyyətdən çıxmağa kömək edəcəkdi. Ermənistanın daxilində revanşist qüvvələr çox olduğuna görə başqa fikirlərə düşürdülər. Erməni tərəfi 3 masada oturmaq istəyir. Həm Rusiyanın təsiri altında proseslərin getməyini, həm ABŞ-dəki diasporun göstərişi ilə işlərini qurmaq istəyir, üstəgəl, sülh müqaviləsi imzalamaq istəmir.

Hazırda elə bir vəziyyət yaranıb ki, Paşinyanı hakimiyyətdən devirə bilərlər. Paşinyan bəyan etdi ki, baxmayaraq, bizi satqın elan edəcəklər, ancaq o sənədi imzalamağa hazırıq. Bundan sonra proseslər daha da gərginləşdi. Əgər bu hadisələrə Rusiya hər hansısa formada müdaxilə etməsə, Paşinyan hakimiyyətdən gedə bilər. Paşinyanın məlum bəyanatına müsbət yanaşmaq lazımdır. Paşinyan başa düşür ki, şərtlər hər keçən gün Ermənistanın zərərinə işləyəcək. Paşinyan başa düşür ki, indiki vəziyyətdə ən optimal variant Azərbaycanla sülh müqaviləsi bağlamaqdan keçir. Yaxşı olardı ki, Paşinyan hakimiyyətdə qalaydı və o sənədlərə imza ataydı. Ən məqbul variant budur”.

Səxavət Məmməd

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv