Paşinyan sərhəddə baş verən son hadisələrə münasibət bildirib.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. Paşinyan yenə də həmişəki kimi Azərbaycanı günahlandırıb.
“Azərbaycan həll yollarını tapmaqdan yayınır. Biz hər variantla razıyıq.
Birincisi, bütün sərhədin demarkasiyası və onun həyata keçirilməsinə başlamaq, ikincisi, sərhədi hissələrə bölmək və mərhələli demarkasiya ilə irəliləmək.
Hər iki variant bizim üçün məqbuldur, lakin qarşı tərəf bu variantdan da yayınır.
Bizim təhlilimiz bunun bir səbəbinin ola biləcəyini göstərir. Hərbi eskalasiya genişmiqyaslı müharibəyə çevrilə bilər”, – Paşinyan deyib.
Xuraman Etibarlı