Paşinyan Brüsseldə Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyası və bütün regional kommunikasiyaların blokunun açılmasına tam sadiqdir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycanla münasibətlərin normallaşmasından danışan Nikol Paşinyan vurğulayıb ki, Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan prosesə sadiqliyini təsdiqləyib. O əlavə edib ki, Ermənistan həm də suverenlik və yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmətə əsaslanan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyası və bütün regional kommunikasiyaların blokunun açılmasına tam sadiqdir./unikal

COP29