Paşinyan bu ölkələrdə seçkilərin nəticələrini gözləyir – Baş nazir kimin hakimiyyətə qayıdışından narahatdır?

Donald Trampın hakimiyyətə qayıdışı Nikol Paşinyanı narahat edir. Paşinyan hazırda Gürcüstan və ABŞ-da seçkilərin nəticələrini gözləyir. Rusiya isə Ukraynada cəbhəni sabitləşdirib, üstəlik, təşəbbüsü tam ələ alıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni “Pastinfo” məlumat yayıb.

Erməni nəşri yazır ki, buna görə də Paşinyan gözləmə mövqeyinə keçib və Ermənistan rəhbərliyi Trampın əsas dəstəkçi qanadı sayılan “Yevangelist icması”na xristian dəyərləri ilə yaxınlaşmaq istəyir.

Qəzetin məlumatına görə, böyük ehtimalla, Tramp Ermənistana ciddi maraq göstərməyəcək və buranı Rusiyaya güzəştə gedəcək ki, məhz buna görə də Paşinyan liberal konfiqurasiyanın çökməsi ehtimalından narahatdır.

Rafi Müslümov

COP29