Paşinyan da Türkiyəyə başsağlığı verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Boluda Kartalkaya dağ-xizək kurortunda 76 nəfərin ölümü ölə nəticələnən yanğınla bağlı Türkiyəyə şəxsən başsağlığı verib.

Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özünün “X” hesabında yazıb.

“Faciə sarsıdıcıdır. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram”, – baş nazir bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyəyə başsağlığı vermişdi.