Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Ermənistan parlamentində deputatların suallarını cavablandırması gözlənilir.
Erməni mətbuatının məlumatına görə, baş nazir ölkədə davam edən etiraz aksiyaları fonunda depuatlarla görüşdə qaranlıq qalan məsələləri müzakirə etmək niyyətindədir.
Maraqlıdır, Ermənistanda davam edən etiraz aksiyaları fonunda Baş nazirin “sudan quru çıxmaq” üçün səbəbləri nə olacaq?
Yenicag.az-la söhbətində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bununla bağlı deyib ki, Paşinyana qarşı üsyanlar şiddətlənə bilər.
Onun sözlərinə görə, heç kimə sirr deyil ki, Ermənistanda davam edən etiraz aksiyalarının arxasında dayanan məhz Rusiyadır.
Ətraflı videonu təqdim edirik:
Rafi Müslümov
Samir Məcidov