Paşinyan dünyadakı reallıqları anlamır.
Yenicag.az xəbər verir ki, bunu həftəlik mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini tənqid etməsinə cavab olaraq bildirib.
“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin tənqidi qəbuledilməzdir”, – deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, Paşinyan hökumətin son iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini kəskin tənqid edib, hətta onları təhdid etməkdən belə çəkinməyib.
Ermənistanın baş naziri Rusiya sülhməramlılarının “qeyri-qənaətbəxş fəaliyyətinə” toxunaraq, problemin həllinə digər beynəlxalq strukturların cəlb edilməsini, məsələn, BMT sülhməramlılarının Qarabağa dəvət olunmasını təklif edib.