Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyan-Əliyev görüşünün gözlənilən NƏTİCƏLƏRİ: "Ermənistan bundan sonra Azərbaycan ərazisini tuta bilməyəcək" - Zərdüşt Əlizadə

Reklam: High Technic

“Ermənistan bundan sonra Azərbaycan ərazisini tuta bilməyəcək. Əvvəl tutmuşdu, dərsini aldı, vurdular başından”.

Bu sözləri Paşinyanın Zəngəzur dəhlizinin açılmasından imtina bəyanatına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə heç bir gərginliyin olmayacağından əmin olduğunu bildirib:

“Əminəm ki, geniş miqyaslı müharibə olmayacaq. Tərəflər hansısa bir ortaq məxrəcə gələcəklər. Putinlə görüş olacaq, daha sonra Şarl Mişellə görüş olacaq, daha sonra Paşinyanla İlham Əliyev görüşəcək. Məsələ rəhbərlərin mövqeyində deyil. Məsələ vaxtilə rəhbərlər tərəfindən formalaşdırılmış ictimai rəyin dəyişdirilməsindədir. Azərbaycan tərəfi indi hikkəli, özündənrazı mövqedə durub. Erməni tərəfi vaxtilə belə vəziyyətdə idi. İndi isə zəlil, məzlum durumdadır.

Azərbaycan Ermənistan ərazisini tuta bilməyəcək. Ermənistan da bundan sonra Azərbaycan ərazisini tuta bilməyəcək. Əvvəl tutmuşdu, dərsini aldı, vurdular başından. İndi Paşinyan yavaş-yavaş erməni xalqına izah etməlidir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq, imkan verməliyik ki, Azərbaycan Naxçıvana təhlükəsiz getsin, biz də Qarabağa gedə bilək. Bunlar hamısı beynəlxalq qaydalar əsasında həyata keçməlidir. Hansısa erməni beynəlxalq hüququ, Azərbaycan beynəlxalq hüququ yoxdur. Ümumi bütün dünya üçün beynəlxalq hüquq var və biz bundan istiadə etməliyik.

Bir də görürsən hansısa bir azərbaycanlı pulu artıq düşəndə özünü itirir, sonra həyat onun başını divara vurur, ondan sonra anlayır. Bir il bundan əvvəl Vüqar Səfərliyə yaxın düşmək olardı? Yox! Ancaq indi həbsdədir. Ermənilər vaxtilə biz görüşəndə məni ələ salırdılar. Deyirdim ki, daşı tökün ətəyinizdən, gəlin qarşılıqlı güzəşt əsasında status verilsin, sülh şəraitində qurtarsın bu məsələ. Məni ələ salırdılar. Ürəyimdə deyirdim ki, vaxt gələr həyat sizə dərs verər. Doğrudanda vaxt gəldi, həyat onlara dərs verdi, itkilərə məruz qaldılar, başlarına dəmir yumruq dəydi. Əgər xalqlar və insanlar məntiqli, ədəbli olsaydılar bu qədər fəlakətlər baş verməzdi”.

Səxavət Məmməd

www.yenicag.az

281
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100