Keçmiş müdafiə naziri Paşinyanı Ermənistanın ən zəif, ən qorxaq və xain lideri adlandırıb.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan videomüraciətində deyib.
Karapetyan baş nazir Nikol Paşinyanın mətbuat konfransında onun şəxsiyyəti ilə bağlı dediklərini təkzib edib.
O, baş nazirin yayımladığı yalanların miqyası və keyfiyyətindən təəccübləndiyini bildirib.
Paşinyan Karapetyanı 2021-ci il noyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri ilə toqquşma barədə ona məlumat verməməsində günahlandırıb.
O, həmin gün Dubayda olduğunu və burada hərbi texnika və silahların alınması ilə bağlı mühüm görüş keçirildiyini bildirib.
“Amma noyabrın 15-də Nikol Paşinyan məndən istefa verməyi xahiş etdi. Mən imtina etdim, sonra o, məni işdən çıxarmaq qərarına gəldi.
“Paşinyan Ermənistan tarixində ən zəif, ən qorxaq və xain liderdir””, – Karapetyan deyib.
Xuraman Etibarlı