Paşinyan əsasında delimitasiya aparılacaq xəritəni parlamentdə göstərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 1976-cı ilin xəritəsini nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, həmin xəritə əsasında Ermənistanın Tavuş rayonunda delimitasiya aparılır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb./Oxu.az/