Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Strasburqa gedib.
Yenicag.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.
Paşinyanın Avropa Parlamentində çıxışı oktyabrın 17-nə təyin edilib.
Ermənistan Baş naziri ilə Avropa Parlamentinin sədri Roberta Metzola arasında görüş baş tutacaq, sonda isə mətbuat nümayəndələri üçün açıqlamalar veriləcək.