!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan hansısa addımı atandan sonra düşünməyə başlayan tiplərdəndir”- Partiya sədri

!Reklam – Yazi

“Özünü elə göstərməyə çalışır ki, guya onun sözü keçərlidir və çox şeyə nail ola bilər”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın yerli mediaya son müsahibəsində səsləndirdiyi fikirlərdə arqessiv məqamların qabardıldığına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin sözlərinə görə, Paşinyan indiki vəziyyətdə publikaya oynamağa cəhd göstərir:

“Paşinyanın son çıxışında səsləndirdiyi özündənrazı fikirlər daxili kütləyə istiqamətlənmiş davranışdır. O, indiki vəziyyətdə publikaya oynamağa cəhd göstərir.

Özünü elə göstərməyə çalışır ki, guya onun sözü keçərlidir və çox şeyə nail ola bilər. Çox bəsit populizmdir. Ona qalsa, ötən il ordusunun da müharibəyə hazır olduğunu bilmirdi. Yoxsa Azərbaycanın yaşayış məntəqələrini niyə raket atəşinə tuturdu?

Paşinyan da hansısa addımı atandan sonra düşünməyə başlayan tiplərdəndir. Əslində, o, küçə adamıdır, siyasət adamı deyil. Bizdə də vaxtilə meydanda çığırırdılar ki, Qorbaçovu Bakıya gətirib diz çökdürərək üzr istədəcəyik. Noldu? İndi də Paşinyan belə boş-boş danışır”.

A.Zeynalov

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv