“Paşinyan” həbs edildi – FOTO

Ermənistanın paytaxtında keçirilən etiraz aksiyaları davam edir.

Yenicag.az xəbər verir ki, aksiyalar zamanı bir çox şəxs ölkənin Baş naziri Nikol Paşinyanın maskasını sifətlərinə keçirərək meydana çıxıblar.

“Bizi həbs edin”, – deyə qışqıran “Paşinyan maskalı” müxalifət nümayəndələri polis tərəfindən saxlanılıblar.