Paşinyan ilə Rəisi arasında telefon danışığı oldu

Ermənistanın Baş naziri Paşinyan İran prezidenti Rəisi ilə telefonla danışıb.

Yenicag.az xəbər verir ki, tərəflər regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb.

Tərəflər həmçinin Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.